Kerri: “Şimal axını-2” Ukrayna və Şərqi Avropaya mənfi təsir edəcək

Kerri: “Şimal axını-2” Ukrayna və Şərqi Avropaya mənfi təsir edəcək
# 05 may 2016 01:10 (UTC +04:00)

Bakı-APA. “Şimal axını-2” qaz kəmərinin inşası ABŞ-ı narahat edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Avropa diplomatiyasının rəhbəri Federika Moqerini ilə görüşündə deyib.

“Bu layihə qızğın mübahisələrə səbəb olub. Biz qəti şəkildə əminik ki, “Şimal axını-2” Ukrayna və Şərqi Avropaya mənfi təsir edəcək. Bu nəzərə alınmalıdır”, deyə C.Kerri bildirib.

C. Kerri ilə F. Moqerininin görüşü Vaşionqtonda, ABŞ-Avropa İttifaqı enerji dialoqu çərçivəsində baş tutub.

"Şimal axını-2" Baltik dənizi ilə Rusiya sahilərindən Almaniyaya kimi ümumi gücü 55 milyard kub­metr qaz olan iki xəttin inşasını nəzərdə tutur. "Şimal axını-2" konsorsiumunda "Qazprom" 50%, BASF, E.ON, Engie, OMV, Shell isə hərəyə 10% paya sahib olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR