Pyotr Poroşenko baş nazir Artur Rəsizadə ilə görüşüb

Pyotr Poroşenko baş nazir Artur Rəsizadə ilə görüşüb
# 14 iyul 2016 15:03 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycana rəsmi səfəri çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko baş nazir Artur Rəsizadə ilə görüşüb.

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq, əsasən də enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində ümumi layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Azərbaycan enerji daşıyıcılarının Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə çatdırılmasına xüsusi diqqət yetirilib. P. Poroşenko bildirib ki, Ukraynanın bu layihənin effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq texnoloji potensialı var. O, Azərbaycanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üçün Ukrayna şirkətlərinin potensialından istifadə etməyə çağırıb.

Görüş çərçivəsində tərəflər Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivsində suverenlik və müstəqilliyinə dəstəklərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR