Ziyafət Əsgərov: “Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanı narahat edir”

Ziyafət Əsgərov: “Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanı narahat edir”
# 26 fevral 2016 07:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Təəssüf ki, Rusiyanın Ermənistana silah-sursat verməsi birinci hal deyil”.

APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah-sursat verməsi faktına münasibət bildirərkən deyib.

Z. Əsgərov bildirib ki, Rusiyanın bu addımı Ermənistanla Azərbaycan arasında

gərgin olan vəziyyəti daha da gərginləşdirir: “Biz Xarici İşlər Nazirliyinin notasına cavab olaraq Rusiyanın bu barədə Azərbaycana obyektiv məlumat verməsini gözləyirik. Hər halda Ermənistanın indiki vəziyyətdə silahlandırılması və bundan əvvəl də Ermənistana Rusiya tərəfindən silah verilməsi Azərbaycanı narahat edir. Biz bunu düzgün addım hesab etmirik. İşğalçı dövlət olan Ermənistanın silahlandırılması vəziyyəti daha da gərginləşdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR