Türkiyədə partlayış olub, 3 nəfər ölüb, 30 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə partlayış olub, 3 nəfər ölüb, 30 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 10 avqust 2016 22:31 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

APA-nın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 2-si dinc sakin, 1 isə polis əməkdaşıdır.

İnsident nəticəsində 5-i polis olmaqla 30 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında baş verən partlayış nəticəsində yaxınlıqdakı yaşayış evləri və inzibati binalara ziyan dəyib.

Partlayışı törədən PKK terrorçularınin tutulması üçün bölgədə əməliyyat davam edir.

***

20:21

Bakı-APA. Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Hadisə nəticəsində çox sayda yaralıların olduğu bildirilir.

Terror baş verən əraziyə təcili yardım maşınları gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR