OPEC ölkələri Əlcəzairdə qeyri-rəsmi görüş keçirəcək

OPEC ölkələri Əlcəzairdə qeyri-rəsmi görüş keçirəcək
# 09 avqust 2016 00:53 (UTC +04:00)

Bakı-APA. OPEC-ə üzv ölkələr sentyabrda Əlcəzairdə, Beynəlxalq Energetika sammiti çərçivəsində qeyri-rəsmi görüş keçirəcəklər.

APA-nın The Wall Street Journal-a istinadən verdiyi xəbərə görə, bu barədə OPEC-in prezidenti, Qətərin energetika naziri Məhəmməd əs-Səda bildirib.

“OPEC ölkələri dünya bazarında neftin qiymətinin aşağı düşməsindən narahatdırlar və vəziyyətin stabilləşməsi üçün daim ünsiyyətdədirlər. Biz baş verən prosesləri diqqətlə izləyirik. Düşünürəm ki, bu gün neft bazarında müşahidə edilən vəziyyət müvəqqətidir. Bu ilin son iki rübündə xam neftə tələbatın artması, neft ehtiyatlarının isə azalması gözlənilir. Cari ilin son aylarında neft qiymətləri tədricən artacaq”, deyə Məhəmməd əs-Səda vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR