Rusiya Türkiyəyə qarşı sanksiyaları mərhələli şəkildə aradan qaldıracaq

Rusiya Türkiyəyə qarşı sanksiyaları mərhələli şəkildə aradan qaldıracaq
# 30 iyun 2016 12:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər mərhələli şəkildə aradan qaldırılacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın baş naziri Dmitri Medvedyev Nazirlər Kabinetinin iclasında bildirib.

O, Türkiyəyə qarşısı sanksiyaların Rusiya istehsalçılarına və Rusiya bazarında yer tutan tərəfdaşlara ziyan vurmadan aradan qaldırılacağını söyləyib: "Rusiya prezidentinin tapşırığına müvafiq olaraq mövcud qərarın dəyişdirilməsi ilə bağlı təkliflər hazırlanmalıdır. Hökumətin qərarını mərhələli şəkildə həyata keçirəcəyik".

Qeyd edək ki, dünən Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı turizm və digər sahələrdə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması haqqında Nazirlər Kabinetinə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR