Ermənilərin ən iri hərbi bazalarından olan Madagizdəki hərbi bazanın qərargahı dağıdılıb

Ermənilərin ən iri hərbi bazalarından olan Madagizdəki hərbi bazanın qərargahı dağıdılıb
# 05 aprel 2016 07:58 (UTC +04:00)

Bakı - APA. Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

APA-nın Azərbaycan Müdafiə Nazzirliyinin saytına istinadən verdiyi xəbərə görə, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR