Bərdədə ev yanıb

Bərdədə ev yanıb
# 10 avqust 2016 13:28 (UTC +04:00)

Bakı-APA. Bərdə rayonunda yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 165 m² olan 3 otaqlı evin bir otağının tavanı və ev əşyaları 54 m² sahədə yanıb, yüksək temperaturdan dəhliz və mətbəxin lambirdən ibarət tavanı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR