Bu il Azərbaycanda ictimai iaşə xidmətləri 3% artıb

Bu il Azərbaycanda ictimai iaşə xidmətləri 3% artıb
# 15 avqust 2016 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3% artaraq 627,7 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 257,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR