Fəxri xiyabanda Vaqif Səmədoğlunun anım mərasimi keçirilib

Fəxri xiyabanda Vaqif Səmədoğlunun anım mərasimi keçirilib
# 28 yanvar 2016 12:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fəxri xiyabanda xalq şairi Vaqif Səmədoğlunun anım mərasimi keçirilib. APA-nın məlumatına görə, anım mərasimində şairin ailə üzvləri, ədəbiyyat və incəsənət nümayəndələri, oxucular iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, V. Səmədoğlunun xatirəsi oxucular tərəfindən hər zaman ehtiramla anılacaq.

AMEA-nın müxbir üzvü, Nizami Cəfərov V. Səmədoğlunun yaradıcılığı haqqında danışıb, şairin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb. Anım tədbirində vurğulanıb ki, şairin yaradıcılığının dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və onun işıqlı xatirəsi yaddaşlarda əbədi yaşayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR