Türkiyədə Hakan Fidanın sağ əli olduğu bildirilən kəşfiyyatçı həbs olunub

Türkiyədə Hakan Fidanın sağ əli olduğu bildirilən kəşfiyyatçı həbs olunub
# 09 sentyabr 2016 12:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) tabeliyindəki Elektron Sistemlər Komandanlığının sabiq rəhbəri Bəsri Aktəpə saxlanılıb.

APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, B. Aktəpə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində həbs olunub. O, MİT rəhbəri Hakan Fidanın sağ əli kimi tanınıb.

B. Aktəpənin qanunsuz dinlənilmələrdə və gizli videoçəkilişlərdə əlinin olduğu güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR