Prokuror şirkətin satış menecerinə cəza istəyib

Prokuror şirkətin satış menecerinə cəza istəyib
# 01 iyun 2016 09:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış meneceri vəzifəsində işləmiş Orxan Siyabovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror O.Siyabovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

Məhkəmə prosesi iyinun 8-də davam edəcək.

Qeyd edək ki, O. Siyabov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilir. Onun 15 min manatdan çox pulu mənimsədiyi bildirilir. İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR