Daxili Qoşunların Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib
# 27 iyul 2016 15:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin boş qalan plan yerlərinə kursant qəbulu elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənəd vermiş, sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən, lakin III ixtisas qrupu üzrə test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş, 200 və daha yüksək bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olanlar avqustun 4-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q. Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR