Yaponiyada qasırğa ciddi fəsadlar törədib

Yaponiyada qasırğa ciddi fəsadlar törədib
# 20 sentyabr 2016 05:19 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Küsü və Sikoku adalarının hava limanlarında “Malakas” qasırğası ilə əlaqədar 100-dən çox uçuş ləğv edilib, 32 min sakin bölgədən təxliyə edilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qasırğanın yaxınlaşması ilə əlaqədar dağlıq Tokusima prefekturasında 30 000, Koti prefekturasından isə 3 minədək insan təxliyə ediləcək.

Məlumata əsəsən, “Malakas” qasırğası 246 min evi elektrik enerjisiz qoyub, bir sıra ərazilərdə daşqınlar yaradıb.

Meteoroloqlar qasırğanın daha da güclənəcəyini ehtimal edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR