Türkiyə Rusiyaya yeni səfir göndərir

Türkiyə Rusiyaya yeni səfir göndərir
# 22 avqust 2016 09:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə hökuməti Rusiyaya yeni səfir təyin edib.

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən xəbər yayıb. Agentlik bildirib ki, yeni səfirin kimliyi hələlik bəlli deyil.

Lakin bir müddət əvvəl Türkiyə mediası Rusiyadakı səfir vəzifəsinə Hüseyn Diriözün təyin olunduğu haqda məlumat yaymışdı. H. Diriöz Türkiyənin Braziliyadakı səfiri idi. O, daha əvvəl NATO baş katibinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Türkiyənin Moskvadakı hazırki səfiri Ümit Yardım 2010-cu ildən bəri bu vəzifəni tutur. Ü. Yardım daha əvvəl Türkiyənin Azərbaycandakı səfirliyində də fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR