Amerika Kuboku: Braziliya millisi Peruya məğlub olaraq turniri tərk etdi

Amerika Kuboku: Braziliya millisi Peruya məğlub olaraq turniri tərk etdi
# 13 iyun 2016 05:25 (UTC +04:00)

Bakı – APA. Amerika Kuboku-2016-da növbəti oyunlar keçirilib.


APA-nın məlumatına görə, bu gün “B” qrupunda 3-cü turun görüşləri baş tutub.


Peru yığmasına gözlənilmədən 0:1 hesabı ilə məğlub olan Braziliya komandası Amerika Kubokunun pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Braziliyalılar 3 oyunda 4 xal toplayaraq qrupda 3-cü yeri tutublar. Növbəti mərhələyə isə adıçəkilən qrupdan Peru və Ekvador milliləri adlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR