Xəzərdə yanğın baş vermiş Rusiya tankeri Bakıya gətirilir

Xəzərdə yanğın baş vermiş Rusiya tankeri Bakıya gətirilir
# 23 aprel 2016 20:05 (UTC +04:00)

Bakı-APA. Xəzər dənizində yanğın baş vermiş Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankeri Bakıya gətirilir. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan FHN-nin “Vixr-5“ və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA“ gəmiləri Rusiya bayrağı altında üzən “PALFLOT-2“ tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR