Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb
# 16 mart 2016 15:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda yeddimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 38 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağında divan, kreslo və televizor yanıb.

Yanğın zamanı iki nəfər xəsarət alıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR