ABŞ-da reabilitasiya mərkəzində atışma ilə bağlı iş üzrə iki rusiyalı qadın həbs edilib

ABŞ-da reabilitasiya mərkəzində atışma ilə bağlı iş üzrə iki rusiyalı qadın həbs edilib
# 29 aprel 2016 01:05 (UTC +04:00)

Bakı-APA. ABŞ polisi San Bernardino şəhərindəki reabilitasiya mərkəzinə ötən il hücum edən terrorçu ilə əlaqəsi olan üç şəxsi saxlayıb. Vesti.Az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Rusiya vətəndaşları olan iki qadını – Mariya Çernıx və Tatyana Faruku, ,həmçinin, terrorçunun qardaşı Rahil Faruku həbs edib.

Məlumata görə, qeyd olunan şəxslər viza qanunvericiliyini pozmaqda və yalan ifadələr verməkdə ittiham olunurlar. Mariya Çernıx 25 il azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, 2015-ci ilin dekabrın 2-də Səid Rizuan və Taşven Malik fiziki qüsurlu insanların reabilitasiya mərkəzinə hücum ediblər. Nəticədə 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR