Kürdəmirdə pilləkəndən yıxılan qadın ölüb

Kürdəmirdə pilləkəndən yıxılan qadın ölüb
# 22 aprel 2016 12:14 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Qağacılı kəndində kənd sakini, 1941-ci il təvəllüdlü Ofeliya Baləmi qızı Zülfüqarova yaşadığı evin pilləkənindən düşərkən müvazinətini itirərək yıxılıb. O, aldığı xəsarətdən ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR