Bu il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 20,1 mln. kubmetr qaz ötürülüb

Bu il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 20,1 mln. kubmetr qaz ötürülüb
# 22 avqust 2016 12:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarım ili ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə gündəlik orta ötürücülüyü 20,1 mln. kubmetr qaz təşkil edib.

APA-Economics”in “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, 2016-cı ilin birinci yarısında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 13 mln. dollar əməliyyat xərcləri və 498 mln. dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (28,8%), AzCQBK (10%), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%) və TPAO (19%) şirkətləridir. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR