"PAŞA Kapital" fond bazarında brokerlərin noyabr üzrə renkinqinə başçılıq edib

"PAŞA Kapital" fond bazarında brokerlərin noyabr üzrə renkinqinə başçılıq edib
# 09 dekabr 2015 15:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin noyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 60 mln. 696 min 228,89 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 13 mln. 119,393 min manat olan broker xidmətləri göstərmiş "AzFinance Invest" MMC şirkəti tutub. Renkinqdə üçüncü yerdə 1 mln. 551 min 379,60 manatla "Texnika Kapital Menecment" MMC qərarlaşıb.

Brokerlərin noyabr ayı üçün renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

2

"PAŞA Kapital"

60,696,228.89

2

3

"AzFinance Invest"

13,119,392.93

3

7

"Texnika Kapital Menecment"

1,551,379.60

4

5

"Brokdil-AZ"

1,033,592.00

5

1

"Unicapital"

443,981.38

6

9

"Standard Kapital"

38,867.10

7

6

"Çelsi Kapital"

8,922.20

8

4

"Xalq Kapital"

8,862.80

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR