Milli Məclisin üzvləri Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin üzvləri Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
# 15 sentyabr 2016 13:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkiləri müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin deputatları sentyabrın 16-dan bu ölkənin bir sıra şəhərlərində səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, deputatlar Rüfət Quliyev, Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.

Seçki sentyabrın 18-də olacaq. Səfər isə ayın 20-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR