Neftçala rayonunda ər arvadını qətlə yetirib

Neftçala rayonunda ər arvadını qətlə yetirib
# 09 oktyabr 2016 06:22 (UTC +04:00)

Neftçala.Əlibəy Zeynallı- APA. Bu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.

A. Qafarova 3 uşaq anasıdır. Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR