Ukraynada yanğında iki uşaq ölüb

Ukraynada yanğında iki uşaq ölüb
# 29 avqust 2016 15:50 (UTC +04:00)

Bakı-APA. Bu gün Ukraynanın Rovensk vilayətinin Sarnı şəhərində faciəli hadisə baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13.55 (Bakı vaxtı ilə 14.55) radələrində Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Xilasetmə xidmətinə şəhərin Qaqarin küçəsində yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yanğın-xilasetmə hissəsinin əməkdaşları göndərilib. Məlum olub ki, yanğın birmərtəbəli yaşayış evini və yaxınlıqdakı yeni yaşayış binasını əhatə edib. Evdə aparılan axtarış zamanı 2013 və 2012-ci il təvəllüdlü iki uşağın cəsədi aşkarlanıb.

Yanğın lokallaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR