Bu il uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb

Bu il uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb
# 13 avqust 2016 08:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusif adıdır. Belə ki, 1841 uşağa Yusif adı qoyulub. Digər üstünlük təşkil oğlan adları isə Hüseyn (1300), Əli (1220), Ömər (978), Məhəmməd (756), Tunar (745), Murad (734), Ayxan (698), Uğur (677), İbrahimdir (497).

Bu ilin 8 ayı ərzində qız uşaqlarına qoyulan adlar arasında populyarlıq qazanan ad isə Zəhra adıdır. Belə ki, 1611 nəfərə bu ad verilib. Digər üstünlük təşkil edən qız adları isə Nuray (1249), Fatimə (1051), Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səmadır (592).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR