MDB dövlət başçılarının sammitində 16 sənəd imzalanıb - VİDEO

MDB dövlət başçılarının sammitində 16 sənəd imzalanıb - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2015 11:39 (UTC +04:00)

APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu sənədlərin arasında dövlət başçılarının BMT-nin 70 illiyi, terrorizmlə mübarizə və Çernobl AES-dəki qəzanın 30 illiyi ilə bağlı bəyanatı, miqrasiya, penitensiar xidmətləri rəhbərlərinin şurasının formalaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi məsələlər var.

Həmçinin 2016-2020-ci illərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı, MDB Antiterror mərkəzi rəhbərinin təyin olunması, MDB-yə növbəti il üçün sədr ölkənin müəyyənləşdirilməsi və növbəti zirvə toplantısının keçirilməsi kimi məsələlər razılaşdırılıb.

Üzv ölkələr 2020-ci ilədək hərbi sahədə əməkdaşlıq Konsepsiyasını da təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR