“DəmirBank” Risk Departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir

“DəmirBank” Risk Departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir
# 21 oktyabr 2015 13:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Dəmirbank” Risk Departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir.

Bu barədə “APA-Economics”ə bankdan xəbər verilib.

Namizədlərdən iqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır) risklərin idarə edilməsi, maliyyə menecmenti sahəsində 5 il və idarəetmə üzrə minimum 3 il iş təcrübəsi, Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət qurma, yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarının olması, bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayiş etdirməsi, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olması, yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyətinə malik olması, CFA, FRM kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması tələb olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini noyabrın 5-dək [email protected] elektron ünvanına müraciət olunan vəzifənin adını emailin mövzu hissəsində (Risk Departamentinin direktoru) qeyd edərək göndərə bilər.

“DəmirBank” özünün insan resursları siyasətinə əsasən müraciətlərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrı seçkilik edilmədən nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR