AMB növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir

AMB növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir
# 24 sentyabr 2016 07:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

APA-Economics”in məlumatına görə, sentyabrın 28-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR