Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub
# 31 iyul 2016 22:09 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Mingəçevir şəhər və Balakən rayon sakinlərini həbs edib.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliiyat-axtarış tədbiri keçirib.

RPŞ-yə daxil olmuş məlumat əsasında Mingəçevir şəhər sakini Kərim Nadir oğlu Nəcəfov idarəetdiyi “Mersedes Bens E 280” markalı, 99 DV 016 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib. Hal şahidlərinin iştirakı ilə Kərim Nəcəfovun avtomobilinə baxış keçirən zaman avtomobilin qabaq kapotunun iç örtüyünün altında gizlədilmiş politelin torbanın içərisində 21 ədəd kibrit qutusunda narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Aparılmış istintaq tədbirləri nəticəsində məlum olub ki, Kərim Nəcəfov tanışı olan Balakən rayon sakini Elnur Hidayət oğlu Məmmədovla Zaqatala rayonunun Mazıx kəndi ərazisində görüşərək ondan 21 ədəd kibrit qutusunda qablaşdırılmış narkotik vasitəni 650 manata alıb. Keçirilmiş tədbir nəticəsində Elnur Məmmədov da tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR