"AzPatent" "Açıq qapı" günləri elan edir

"AzPatent" "Açıq qapı" günləri elan edir
# 24 fevral 2016 07:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi ("AzPatent") hər ayın sonuncu həftəsinin cümə günü saat 10.00-dan 17.00-dək "Açıq qapı" günü elan edir.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, məqsəd Azərbaycan prezidentinin 2016-cı il 18 yanvar tarixli 1713 nömrəli Sərəncamında qarşıya qoyulan vəzifələrlə əlaqədar ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün yeni mühitin formalaşdırılmasına, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi üçün “Made in Azerbaijan” brendinin təşviqinə, ölkədə istehsal olunan məhsulların xarici ölkələrə ixracı zamanı hüquqların müəyyənləşdirilməsi, qorunmasına, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı bütün məsələlərə aydınlıq gətirmək və müvafiq köməkliklər göstərməkdən ibarətdir.

Mövzu ilə bağlı suallar “AzPatent”in mütəxəssisləri tərəfindən cavablandırılacaq.

Ünvan: Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)

AZ1009 Bakı şəhəri, Mirzə İbrahimov küçəsi 53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).

Telefon: (012) 594-37-70; 594 37 71

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR