"Gənc istedadlar" BDU ilə tanış olublar

"Gənc istedadlar" BDU ilə tanış olublar
# 06 oktyabr 2016 09:51 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universiteti (BDU) nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin 5 b sinif şagirdləri bu ali təhsil ocağında olublar.

BDU-dan APA-ya verilən məlumata görə, liseyin təşkilat işləri üzrə direktor müavini Məleykə Bayramova və sinif müəlliməsi Mehparə İbadovanın rəhbərliyi ilə şagirdlər universitetin muzey, laboratoriya, idman kompleksinə baş çəkiblər. Universitetin müəllim və tələbələri ilə görüşən şagirdlərə BDU haqqında məlumat verilib, sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR