Şahin Mustafayev: “İxracın stimullaşdırılması ilə bağlı müvafiq sənədlər hazırlanır”

Şahin Mustafayev: “İxracın stimullaşdırılması ilə bağlı müvafiq sənədlər hazırlanır”
# 20 oktyabr 2015 13:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcək".

"APA-Economics"in məlumatına görə, bunu "Ümumdünya statistika günü: Daha təkmil statistika - daha yaxşı həyat" adlı konfransda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan hökuməti xüsusilə ixracın stimullaşdırılması istiqamətində iş aparır. Ş. Mustafayev əlavə edib ki, yaxın zamanlarda ixracın stimullaşdırılması ilə bağlı müvafiq sənədlər hazırlanacaq.

"Bundan başqa, Azərbaycan məhsulları üçün potensial bazarlarda logistik mərkəzlərin yaradılması istiqamətində tədbirlər görüləcək. Gələn ayın ortalarında Qazaxıstanda logistik mərkəzin açılışı baş tutacaq", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR