Füzulidə 300 ha biçilmiş taxıl sahəsi yanıb

Füzulidə 300 ha biçilmiş taxıl sahəsi yanıb
# 10 iyul 2016 21:02 (UTC +04:00)

Bakı-APA. Füzulidə yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Alxanlı kəndi ərazisində 300 ha biçilmiş taxıl sahəsi yanıb.


Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR