Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib
# 14 avqust 2016 18:28 (UTC +04:00)

Bakı - APA. FHN dənizdə batan 2 nəfəri xilas edib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Xəzər rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə dərhal cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR