Lüksemburqda Aİ xarici işlər nazirlərinin toplantısı keçiriləcək

Lüksemburqda Aİ xarici işlər nazirlərinin toplantısı keçiriləcək
# 18 aprel 2016 08:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün Lüksemburqda Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iclasda miqrasiya böhranı, Suriya və Liviyada vəziyyət, Şərq tərəfdaşlığı ölkələri ilə münasibətlər müzakirə olunacaq.

Avropa İttifaqı Şurasından bildirilib ki, nazirlər Şərq tərəfdaşlığı ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, regionda stabilliyin möhkəmləndirilməsi yollarını da müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR