Gürcüstan Rusiya ilə münasibətlərində gərginliyin azaldılmasına dair səylərini davam etdirəcək

Gürcüstan Rusiya ilə münasibətlərində gərginliyin azaldılmasına dair səylərini davam etdirəcək
# 01 may 2016 05:36 (UTC +04:00)

Bakı-APA. Rəsmi Tiflis Moskva ilə münasibətlərində gərginliyi azaltmaq niyyətindədir və bu istiqamətdə Gürcüstanın dövlət maraqlarına xələl gətirmədən səylərini davam etdirməyə hazırdır.

APA-nın “Georgiya Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Nyu-Yorkda ABŞ-ın iri investisiya fondları və banklarının nümayəndələri ilə görüşündə bildirib.

“Son illər Gürcüstan Rusiya ilə münasibətlərində gərginliyin azaldılması üçün çox şey edib. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Bunların hamısı, təbii ki, Gürcüstanın dövlət maraqlarına xələl gətirilmədən həyata keçiriləcək”, - deyə Georgi Kvirikaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili 25-29 aprel tarixlərində ABŞ-da işgüzar səfərdə olub. Səfər çərçivəsində vitse-prezident Cozef Bayden, ABŞ Konqresinin nümayəndələri, Dünya Bankının prezidenti Cim Yen Kim, Beynəlxalq Valyuta Fondu direktorunun müavini Min Çju və digər rəsmi şəxslərlə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR