Jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turniri keçirilib

Jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turniri keçirilib
# 07 may 2016 11:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turniri keçirib.

APA-nın məlumata görə, turnir “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilib. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edib. Turnirdə “APAholdinq”i APA TV, APA və Vesti komandaları təmsil edib. “APAholdinq”ə daxil olan komandalar II tura vəsiqə qazansalar da, birinciliyi "Azərtac" komandası qazanıb.

Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR