Kanadada Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar aksiya keçirilib

Kanadada Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar aksiya keçirilib
# 27 fevral 2016 01:12 (UTC +04:00)

Bakı-APA. Fevralın 26-da “Xocalıya ədalət” kampaniyası çərçivəsində Kanadanın Ontario əyalətinin paytaxtı Torontoda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar aksiya keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, Ontario Parlamentinin (Ontario Legislative Building) qarşısında təşkil edilən aksiyada Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız, o cümlədən həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbir zamanı 1992-ci il fevralın 26-da Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı “Qarabağa azadlıq”, “Xocalıya ədalət” kimi şüarlar səsləndirilib, Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər və plakatlar nümayiş etdirilib, eləcə də məxsusi olaraq aksiya üçün hazırlanmış Xocalı faciəsi haqqında broşurlar paylanılıb. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran mitinq iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb edib, Kanadanın yerli və federal millət vəkillərini Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR