Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına maneə olur”

Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına maneə olur”
# 13 aprel 2016 19:44 (UTC +04:00)

Bakı-APA. «Azərbaycan həmişə münaqişənin həlli prosesində hərtərəfli razılaşma ilə nətilənəcək substantiv danışıqların tərəfdarı olub”.

Bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin açıqlaması ilə əlaqədar APA-nın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Təəssüflər olsun ki, son illər ərzində Ermənistan substantiv danışıqlardan yayınıb, vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı əməllərini davam etdirib və hər vəchlə status-kvonun saxlanmasına çalışıb. Bu gün hamı çox yaxşı başa düşür ki, məhz Ermənistanın rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına maneə olur”, deyə H.Hacıyev bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR