Bakıda oğurluq və soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda oğurluq və soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 19 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluq və soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Əli Ağamalıyevə məxsus telefon təmiri servisindən 306 manat və mobil telefon oğurlamış Abşeron rayon sakini Mirmahmud Nəbiyev tutulub.

Yasamal rayon 27-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 28-də Nübar Əliyevaya məxsus içərisində pul və sənəd olan çantanı soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Nicat Süleymanov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR