“Total" “Abşeron” yatağının İşlənmə Proqramını hazırlayır

“Total" “Abşeron” yatağının İşlənmə Proqramını hazırlayır
# 16 sentyabr 2016 15:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ilin ortasında Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında ilk quyunun qazılmasına başlaya bilər.

APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq İşlənmə Proqramı üzrə işlər görülüb: “Yeni nəsil qazma qurğusu gələn ilin ortasında "Abşeron" yatağında ilk quyunun qazılmasına cəlb ediləcək. Hazırda "Total" şirkəti yatağın İşlənmə Proqramını hazırlayır və noyabrın əvvəlində SOCAR-a təqdim etməyi planlaşdırır".

Xatırladaq ki, "Abşeron" yatağında ilk qazın hasilatına 2019-cu ilin III-IV rübündə başlanması planlaşdırılır, 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarının verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR