Brüssel polisi partlayışlarla əlaqəli olan üçüncü şübhəli şəxsi axtarır

Brüssel polisi partlayışlarla əlaqəli olan üçüncü şübhəli şəxsi axtarır
# 22 mart 2016 23:43 (UTC +04:00)

Bakı-APA. Brüssel polisi hava limanında törədilən partlayışlarla əlaqəli olan üçüncü şübhəli şəxsi axtarır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yerli mətbuatda dərc olunan fotoşəkildəki tünd rəngli paltar geyinmiş iki şəxsin partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Ehtimal olunmur ki, partlayıcı qurğular onların daşıdığı çantaların içində gizlədilib. Qeyd olunan iki şəxsin partlayışlar nəticəsində öldüyü bildirilir.

Yerli mətbuat Brüssel polisinin şəkildə qeyd olunan iki şəxsin sağ tərəfində əks olunan ağ paltolu üçüncü şəxsi axtardığını bildirir. Polisin məlumatına görə, həmin şəxsin çantasında olan partlayıcı qurğu naməlum səbəbdən işə salınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR