Qazaxıstanda terror aktı törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb

Qazaxıstanda terror aktı törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb
# 12 avqust 2016 13:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Qazaxıstanda terror aktı törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat Karaqanda vilayətində aparılıb.

Onların barəsində terror qrupu yaratma, ona rəhbərlik etmə, silah, döyüş texnikası, partlayıcı vasitələr və qurğuların qanunsuz əldə olunması maddələri ilə məhkəmə öncəsi istintaq aparılır.

Qeyd edək ki, iyunun sonunda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi terror aktı törətmək istəyən qrupun Karaqanda vilayətinə daxil olması barədə məlumat yayıb. Əməliyyat iyunun 26-da Balxaş şəhərində və Gülşat yaşayış məntəqəsində aparılıb. Gülşatda əməliyyat zamanı terrorçulardan biri özünü partladıb. Komitənin iyul ayındakı açıqlamasında bildirilir ki, vilayətdə terror aktı törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlar terror aktı törətdikdən sonra Suriyaya gedərək döyüşlərə qatılmağı planlaşdırırmışlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR