Lökbatanda ətraf mühitin mühafizəsi ilə bağlı nöqsanlar aşkarlanıb

Lökbatanda ətraf mühitin mühafizəsi ilə bağlı nöqsanlar aşkarlanıb
# 15 aprel 2016 14:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Lökbatan qəsəbəsinin bir hissəsində formalaşan tullantı suları Puta gölünə axıdılsa da, çoxmərtəbəli yaşayış massivinin tullantı suları nasosxananın və boru xətlərinin istismara yararsız olmasından Xəzər dənizi ilə əlaqəsi olan Qırmızı gölə axıdılır. APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib.

Bülletendə qeyd olunub ki, Qırmızı göldən Xəzər dənizinə tullantı su axıdan kollektorun Lökbatan dairəsinin yaxınlığında sıradan çıxması nəticəsində axıdılan tullantı suları ətraf ərazilərə yayılaraq, sahil zolağını bataqlığa çevirib: “Sözügedən gölə Lökbatan qəsəbəsinin tullantı suları ilə yanaşı Hacı-Həsən gölündən axan sular da daxil olur”.

Bülletendə o da bildirilib ki, Lökbatan qəsəbəsində istismara yararsız olan nasosxanalar və boru kəmərləri təmir olunmazsa, ərazidə mövcud olan yaşayış massivlərində formalaşan tullantı suların axıdılması Qırmızı gölün, sahil zolağının və Xəzər dənizinin daha da çirklənməsinə səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR