Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

 Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
# 15 mart 2016 08:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə zamində olan təqsirləndirilən şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsinə qərar verilib və Z. Sofiyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Zəfər Sofiyev Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR