Bu il Azərbaycanda 32 mlrd. manatlıq ÜDM istehsal edilib

Bu il Azərbaycanda 32 mlrd. manatlıq ÜDM istehsal edilib
# 12 avqust 2016 15:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 32122,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,0% az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının 30,7% azalması olub.

Eyni zamanda, informasiya və rabitə sahələrində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,0%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6%, emal sənayesində 2,8%, mədənçıxarma sənayesində 2,5%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində isə 2,0% artıb.

Bu dövrdə ümumi daxili məhsulun 38,79%-i sənayedə, 11,30%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 9,37%-i tikintidə, 6,88%-i nəqliyyat və anbar təsərrüfatı, 5,68%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,72%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,96%-i informasiya və rabitə sahələrində, 15,84%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,46%-ni təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən məbləği 3340,6 manat (2155,2 ABŞ dolları) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR