Azərbaycanda Alban Apostol kilsəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda Alban Apostol kilsəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
# 11 mart 2016 19:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu il Azərbaycanda Alban Apostol kilsəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilən “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu ilin iyun ayında Azərbaycan multikulturalizminin tarixini öyrənmək istiqamətində Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsi: dünənimiz və bu günümüz” mövzusunda beynəlxalq konfransın keçirilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR