Neftçalada 1050 kv.m-lik tikili, Xaçmazda tövlə yanıb

Neftçalada 1050 kv.m-lik tikili, Xaçmazda tövlə yanıb
# 31 yanvar 2016 00:13 (UTC +04:00)

Bakı-APA. Neftçala və Xaçmazda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu, Kürkənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1050 kv.m olan birmərtəbəli tikilidə yanğın baş verib. Nəticədə tikilinin yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 12 kv.m sahədə qarsalanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Susayqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlədə baş vermiş yanğın nəticəsində dam örtüyü 6 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları 8 kv.m sahədə və talvarın altına yığılmış 600 kq ot bağlamasının 200 kq yanıb. Tövlənin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR