Heydər Əliyev prospektində baş verən qəzada ölən şəxslərin ailələrinə kompensasiya verilib

Heydər Əliyev prospektində baş verən qəzada ölən şəxslərin ailələrinə kompensasiya verilib
# 26 iyul 2016 09:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, 17 aprel 2015-ci il tarixində saat 21:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfərin ölümü ilə bağlı 15 min manat məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşlarına 26 iyul tarixində poçt vasitəsi ilə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR